“Qarabağ”–“Aberdin” matçının təyinatları açıqlanıb
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Aberdin” (Şotlandiya) matçının təyinatları açıqlanıb.

Oyun Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Rade Obrenoviç olacaq. Ona Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Asmir Saqrkoviç yerinə yetirəcək.

“Qarabağ” – “Aberdin” matçı avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 26-da Şotlandiyadakı “Pittodrie Stadium”da baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər 319 dəfə oxundu.