Azərbaycan Premyer Liqasının birinci turuna yekun vurulub
Avqustun 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turuna yekun vurulub.

Turun sonuncu görüşündə "Neftçi" komandası "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qalib müəyyənləşməyib - 2:2.

UEFA Konfrans Liqasında ölkəmizə təmsil edən "Neftçi"nin heyətində Fəhmin Muradbəyli, Voyislav Stankoviç, rəqib komandadan isə İsnik Alimi və Ülvi İsgəndərov fərqləniblər.

Qeyd edək ki, çempionatın birinci turunun digər oyunlarında "Səbail" klubu "Sabah"ı 1:0, "Sumqayıt" isə "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. "Zirə"-"Qarabağ" oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Xəbər 313 dəfə oxundu.