Azərbaycan Premyer Liqası: "Zirə"-"Qarabağ" oyununda qalib müəyyənləşməyib
Avqustun 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turunun növbəti oyunu keçirilib.

Günün ilk matçında "Zirə" komandası "Qarabağ"ı qəbul edib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Rauf Cabbarov idarə etdiyi oyunda "Zirə"nin heyətində Təmkin Xəlilzadə, rəqib komandadan isə İsmayıl İbrahimli fərqləniblər.

Tura "Neftçi"-"Qəbələ" matçı ilə yekun vurulacaq. "Bakcell Arena"da keçirilən qarşılaşmanı baş hakim Elçin Məsiyev idarə edir.
Qeyd edək ki, turun ilk oyun günündə "Səbail" klubu "Sabah"ı 1:0, "Sumqayıt" isə "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib.

Xəbər 349 dəfə oxundu.