Çimərlik güləşi üzrə "Kings of sand" kuboku yarışlarının qalibləri müəyyənləşib
Bilgəhdə çimərlik güləşi üzrə "Kings of sand" kuboku yarışları keçirilib.

Yarış 4 çəki dərəcəsi üzrə baş tutub.

Azərbaycan Güləş Federasiyası (AGF) və Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə keçirilən turnirdə ilk 3 yeri tutan güləşçilərə medal, diplom və pul mükafatları təqdim olunub.

Görüşlər AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında milli və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunub.
Çimərlik güləşi üzrə yığmanın baş məşqçisi Oyan Nəzəriani, məşqçi Ağahüseyn Mustafayev və yeniyetmələrdən ibarət millinin böyük məşqçisi Əsgərxan Novruzovun nəzarəti altında keçirilən yarışda Ruslan Abdullayev (50 kq), Rübail İbrahimli (70 kq), Fərid Cabbarov (80 kq) və İbrahim Yusubov (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 327 dəfə oxundu.