“Zirə” üç gənc futbolçunu heyətinə qatıb
Bakının “Zirə” klubu 3 gənc futbolçunu heyətinə qatıb.

20 yaşlı Ramin Əhmədov və Samir Qurbanovla dörd, 21 yaşlı Rüstəm Nuriyevlə isə üçillik müqavilə imzalanıb.

Hər üç futbolçu ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda çıxış ediblər. R.Əhmədov və R.Nuriyev “Zaqatala”, S.Qurbanov isə “Kəpəz” klubunun formasını geyinib.

Xəbər 327 dəfə oxundu.