Əfsanəvi futbolçu Herd Müller dünyasını dəyişib
Futbol üzrə dünya və Avropa çempionu olan almaniyalı futbolçu Herd Müller 76 yaşında dünyasını dəyişib.

Herd Müllerin nədən öldüyü məlum deyil.

Ən yaxşı bombardirlərdən hesab edilən futbolçu Qızıl top və 2 dəfə Qızıl buts sahibi olub.

Qeyd edək ki, Herd Müller üç dəfə Avropa kubokunun qalibi olub. Futbolçu 1964-1979-cu illərdə "Bavariya" klubunun hücumçusu olub, Almaniya millisində oynayıb.

Müller futbol tarixinin ən çox qol vuran oyunçularından biri hesab olunur.

Xəbər 358 dəfə oxundu.