“Sumqayıt” Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb
“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb.

Günün ikinci oyununda Azərbaycan kubokunun son finalçıları – “Keşlə” və “Sumqayıt” üz-üzə gəliblər. “ASK Arena”dakı matçda “Sumqayıt” rəqibini 2:0 hesabı ilə məğlub edib. Oyunda Rəhim Sadıxov dubl edib.

Günün ilk matçında “Səbail” klubu “Sabah”ı minimal hesabla məğlub edib - 1:0.

Qeyd edək ki, tura avqustun 15-də oynanılacaq “Zirə” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.

Xəbər 414 dəfə oxundu.