“Saint Louis Rapid and Blitz 2021”: Şəhriyar Məmmədyarov blits yarışının 9 turunda mübarizə aparıb
ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turniri davam edir.

Şahmatçılar turnirin blits yarışının 9 turunda iştirak ediblər. Ş. Məmmədyarov 9 turun 3-nü qələbə ilə başa vurub, 4-də heç-heçə edib, 2-də isə məğlub olub.

Ümumi nəticəyə görə, şahmatçımız 13 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

Xəbər 715 dəfə oxundu.