"Sabah"-"Səbail" oyunu ilə Azərbaycan Premyer Liqasının yeni mövsümünə start verilib
Bu gün "Sabah"-"Səbail" oyunu ilə Azərbaycan Premyer Liqasının yeni mövsümünə start verilib.

Otuzuncu mövsümün ilk matçına "Bank Respublika Arena"a ev sahibliyi edib.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda "Səbail" minimal hesablı qələbə qazanıb - 1:0.

Matçın 30-cu dəqiqəsində "Səbaill"in futbolçusu Yurgen Qoxa fərqlənib. Bununla da ardıcıl 6-cı mövsümdə ilk qolu qonaq komanda vurub. Albaniyalı müdafiəçi son 6 ildə ilk qol müəllifi olan birinci legionerdir. Bunadək son 5 mövsümdə yerli oyunçular ilk qola imza atıblar.

Günün son oyununda Azərbaycan kubokunun son finalçıları - "Keşlə" və "Sumqayıt" üz-üzə gələcək. "ASK Arena"dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Oyun saat 20:30-da start götürəcək.

Qeyd edək ki, tura avqustun 15-də oynanılacaq "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.

Xəbər 356 dəfə oxundu.