"Bursaspor" millimizin futbolçusu Namik Ələsgərov ilə müqavilə imzalayıb
Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələsgərov ilə müqavilə imzalayıb.

Türkiyənin Birinci liqa təmsilçisi bununla bağlı tvitter səhifəsində paylaşım edib.

İyirmi altı yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edib. O, 2020/2021-ci il mövsümündə Bakı təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

Xəbər 424 dəfə oxundu.