Bu gün qadın şahmatçılar arasında Avropa çempionatında altıncı turun oyunları keçiriləcək
Avqustun 14-də Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının altıncı turunun oyunları keçiriləcək.

Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə altıncı turda turnir cədvəlinin liderlərindən olan ukraynalı Yuliya Osmak ilə görüşəcək.

Digər təmsilçilərimizdən Gülnar Məmmədova rusiyalı Anastasiya Bondarok, Xanım Balacayeva macarıstanlı Tranq Xoanq, Gövhər Beydullayeva polşalı Yolanta Zavadska, Zeynəb Məmmədyarova yunanıstanlı Stavrula Tsolakidu ilə üz-üzə gələcəklər.
Şahmatçılarımızdan Ülviyyə Fətəliyeva rusiyalı Viktoriya Çernyak, Türkan Məmmədyarova sloveniyalı Zala Urx, Xəyalə Abdulla rusiyalı Yuliya Qriqoryeva, Nəsrin Babayeva avstriyalı Annika Froevis, Ayan Allahverdiyeva rumıniyalı Liya Mariya ilə qarşılaşacaqlar.

Beş turdan sonra G.Məmmədzadə 4,5 xalla liderdir. G.Beydullayeva, G.Məmmədova, X.Balacayeva 3,5, Zeynəb Məmmədyarova 3, Ü.Fətəliyeva 2,5, X.Abdulla, T.Məmmədyarova 2,5, N.Babayeva 2, A.Allahverdiyeva 1 xal toplayıblar.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avrodur.

Xəbər 492 dəfə oxundu.