"Grand Chess Tour": Şəhriyar Məmmədyarov rapid turnirinin son turlarında mübarizə aparacaq
ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri davam edir.

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov rapid turnirinin son 3 turunda mübarizə aparacaq. Şahmatçımız 7-ci və 8-ci turlarda ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və 9-cu turda macarıstanı Riçard Rapportla qarşılaşacaq. Qeyd edək ki, ötən 6 turun nəticəsinə görə, Ş.Məmmədyarov 6 xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.

Turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

Xəbər 293 dəfə oxundu.