Minifutbol üzrə Respublika “Könüllülər Kuboku” yarışının qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təsdiqlədiyi birgə Əsasnaməyə əsasən, Şəmkir Olimpiya İdman Kompleksində minifutbol üzrə Respublika “Könüllülər Kuboku” yarışının final mərhələsi keçirilib.

Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin əməkdaşları Əliniyaz Mirzəyev və Pərvin Mehdiyev, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov çıxış edərək yarışların və könüllülük hərəkatının mahiyyəti haqqında iştirakçıları məlumatlandırıb, onlara uğurlar arzulayıblar.

Ümumilikdə 76 şəhər və rayon komandasının iştirakı ilə keçirilən yarışlarda Astara, Bakı və Şirvan könüllülərindən ibarət komandalar ilk üç pillədə qərarlaşıblar.

Xəbər 317 dəfə oxundu.