Meksikalı atlet daha dörd il müddətinə yarışlardan diskvalifikasiya edilib
İdman yerişi üzrə Rio Olimpiadasının gümüş mükafatçısı, meksikalı Mariya Qonsales məlumatların saxtalaşdırılmasına görə daha 4 il müddətinə yarışlardan diskvalifikasiya edilib.

Bu barədə “Athletics Integrity Unit”in (AIU) mətbuat xidməti məlumat yayıb. İdmançı qanunsuz maddənin istifadəsinə görə, artıq dörd illik cəzaya məhkum edilib. Bir ildən sonra – 2022-ci il noyabrın 16-da idmançının cəza müddəti bitdikdən sonra yenisi qüvvəyə minəcək.

Beləliklə, atlet 2026-cı ilin noyabrına qədər yarışlara qatıla bilməyəcək.

Xəbər 455 dəfə oxundu.