"Bakı"nın qonağı olacaq "Simurq" qarşılaşmanın keçiriləcəyi meydanda
Premyer Liqanın II turu çərçivəsində "Bakı"nın qonağı olacaq "Simurq" qarşılaşmanın keçiriləcəyi meydanda son məşqinə çıxıb. Bir saata yaxın davam edən hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Sonda isə qısa ötürmələr üzrə tapşırıqlar yerinə yetirilib.

Rüstəm Abbasovdan başqa hazırda komandannın heyətində zədəli futbolçu yoxdur.

Xatırladak ki, budəfəki matç hər iki kollektivin 13-cü dueli olacaq. "Simurq" paytaxtda keçirilən son 3 qarşılaşmanın heç birində "Bakı"ya məğlub olmayıb.

Xəbər 892 dəfə oxundu.