“Neftçi-2” klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək
“Neftçi-2” klubu yeni mövsümə hazırlığını davam etdirir.

Avqustun 2-dən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən I Divizionun son çempionu hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Əvəzedici komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Sabah-2” ilə heç-heçə edib – 0:0.

Qeyd edək ki, “Neftçi-2” hazırlığın ikinci mərhələsini Türkiyədə keçəcək. Afyonkarahisar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında komandamızın 3 sınaq matçı keçirməsi planlaşdırılır. “Ağ-qaralar”ın avqustun 22-də “İsparta”, üç gün sonra “Halspor”, ayın 29-da isə “Berqama Belediyespor” klubları ilə qarşılaşması nəzərdə tutulub. Hər üç klub Türkiyə çempionatının aşağı liqa təmsilçisidir.

Xəbər 312 dəfə oxundu.