UEFA və FIFA birgə qərar qəbul edib
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə sentyabrda baş tutacaq seçmə oyunlarına qonaq komandaların azarkeşləri buraxılmayacaq.

Bu barədə UEFA və FIFA birgə qərar verib. Avropada koronavirusa yoluxmanın artması ilə əlaqədar olaraq ali futbol qurumları belə bir addım atmağa məcbur olublar.

Oktyabr və noyabrdakı qarşılaşmalarla bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsinin A qrupunda yarışan millimiz sentyabrın 1-də Lüksemburqun, iki gün sonra isə İrlandiya yığmasının qonağı olacaq. Sentyabrın 7-də komandamız Bakıda Portuqaliya futbolçularını qəbul edəcək.

Xəbər 348 dəfə oxundu.