Bakıda kikboksinq üzrə açıq turnir keçiriləcək
Avqustun 14-15-də Bakıda “Sport Master” stadionunda kikboksinq üzrə açıq turnir keçiriləcək.

Turnir Xəzər Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Kikboksinq Federasiyası və “Vətən” klubunun təşkilatçılığı ilə baş tutacaq.

Yarışda 17 yaşadək yeniyetmə idmançılar iştirak edəcəklər.

Turnir Beynəlxalq Kikboksinq Təşkilatının qaydalarına əsasən, kiklayt sistemi üzrə baş tutacaq.

Xəbər 394 dəfə oxundu.