"Grand Chess Tour": Şəhriyar Məmmədyarov üçüncü pillədə qərarlaşıb
ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri davam edir.

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov daha 3 turda mübarizə aparıb. Şahmatçımız ABŞ təmsilçiləri Cefri Ksionqlə dördüncü turda heç-heçə edib, Sem Şenklanda isə beşinci turda uduzub. Altıncı turda isə Leyner Dominqezə qalib gəlib.

Beləliklə, 6 turun nəticəsinə görə, Ş.Məmmədyarov 6 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

Turnir 9 rapid və 18 blits turdan ibarət olacaq. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edəcək.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

Xəbər 290 dəfə oxundu.