Basketbol üzrə Avroliqada üçüncü yer uğrunda oyun ləğv edilə bilər
Basketbol üzrə Avroliqada üçüncü yer uğrunda oyun ləğv edilə bilər.

“Dördlər finalı” çərçivəsində keçirilən bu görüş azarkeşlər arasında böyük rəğbətlə qarşılanmadığına görə Avroliqa rəhbərliyi formatı dəyişmək fikrindədir. Həmin oyunun yerinə proqrama Avrokubokun final oyunu əlavə edilə bilər.

Xatırladaq ki, bir neçə dəfə basketbolçular da mətbuata açıqlamalarında bu oyunun heç bir məzmun kəsb etməməsini vurğulayıblar.

Xəbər 450 dəfə oxundu.