Formula 1-in azarkeşləri Maks Ferstappen və Lando Norrisi fərqləndiriblər
Formula 1-in rəsmi saytı azarkeşlər arasında mövsümün ilk dövrəsinin ən yaxşı pilotunu müəyyənləşdirməklə bağlı sorğu keçirib.

Səsvermədə iştirak edən azarkeşlər “Red Bull”un pilotu Maks Ferstappen və “Maklaren”in sürücüsü Lando Norrisi xüsusi fərqləndiriblər. Hər iki pilot 8,8 xal toplayıb.

Üçüncü yerdə isə 7,7 xalla “Uilyams”ın pilotu Corc Rassell qərarlaşıb.

Maraqlıdır ki, yeddiqat dünya çempionu Luis Hamilton 7,2 xalla səsvermədə yeddinci yeri tutub.


Xəbər 313 dəfə oxundu.