Qəbələdə döyüş növləri üzrə "Dəmir Yumruq 1" respublika turniri keçiriləcək
Avqustun 13-də Qəbələ Olimpiya İdman Kompleksində "Dəmir Yumruq 1" Qəbələ rayon şəhidlərinin xatirəsinə həsr olunmuş uşu, muay-tay və cid kun do idman növləri üzrə yeniyetmələr, gənclər və kişilər arasında respublika turniri keçiriləcək.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışa 150-dən çox idmançı qatılacaq.

Turnirdə ölkənin şəhər və rayonlarından ümumilikdə 20-dən çox idman klubları iştirak edirlər.


Xəbər 350 dəfə oxundu.