“Qarabağ” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxıb
Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandasını qəbul edir.

Estoniyalı baş hakim Kristo Toverin idarə etdiyi oyunda Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

AEL-in heyətində isə meydana Vozinya, Andrey Teyşeyra, Slobodan Medoyeviç, Davor Zdravkovski, Stefan Sçepoviç, Bruno Santos, Manuel Torres, Euller Silva, Sito Riera, Robert Mazan və Kire Ristevski çıxıblar.

Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək.

Xəbər 329 dəfə oxundu.