Azərbaycan şahmatçıları kişilər arasında Avropa çempionatında iştirak edəcəklər
Avqustun 26-da İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatı start götürəcək.

"Reykyavik Open-2021" adlanacaq qitə birinciliyində 35 ölkədən ümumilikdə 185 şahmatçı mübarizə aparacaq.

Ölkəmizi Avropa çempionatında Nicat Abasov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı və Read Səmədov təmsil edəcəklər.

Qitə birinciliyi sentyabrın 5-dək davam edəcək.

Xəbər 317 dəfə oxundu.