“Qarabağ” klubu azarkeşlərinə müraciət edib
UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Bakıda Kiprin AEL komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubu azarkeşlərinə müraciət edib.

Azarkeşlərə görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionuna girişi matç saatına saxlamamaq tövsiyə olunub.

Müraciətdə bildirilir: “Qapılar saat 18:00-da açılacaq. Stadion önündə sıxlığın yaranmaması üçün azarkeşlərimizdən yerlərini öncədən tutmalarını xahiş edirik”.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Xəbər 370 dəfə oxundu.