Londonda XXX Yay Olimpiya Oyunları davam edir
Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam edir.
Kişilər arasında 800 metr məsafəyə qaçış yarışlarında dünya rekordu yenilənmişdir. Keniya idmançısı David Lekuta Rudişa məsafəni 1 dəqiqə 40 saniyəyə qət edərək Olimpiya çempionu olmuşdur.
Yarışda gümüş medalı Niqel Amos (Barbados), bürünc mükafatı isə Timotu Kituma (Keniya) qazanmışlar.
AzərTAc

Xəbər 904 dəfə oxundu.