Azərbaycanın yeniyetmə cüdoçuları Avropa birinciliyində iştirak edəcəklər
Avqustun 17-də Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi start götürəcək.

Bu mötəbər yarışda Azərbaycanı 10-u oğlan və 4-ü qız olmaqla 14 cüdoçu təmsil edəcək.

Oğlanlar arasında Xəyal Həsənov, Babarəhim Mirzəyev (50 kq), İslam Rəhimov (55 kq), Zahir Ağazadə, Aydın Rzayev (60 kq), Qədir Hüseynov (66 kq), Məmmədrza Hacızadə, Toğrul İbrahimov (73 kq), İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qızların yarışında isə Leyla Dəmirova, Fəridə Mirzəyev (44 kq), Könül Əliyeva və Aydan Vəliyeva (48 kq) iştirak edəcəklər.

Yarış avqustun 19-dək davam edəcək.

Xəbər 332 dəfə oxundu.