Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

Onlayn formatda keçirilən iclasda iştirak edən nazir müavini İntiqam Babayev yeni tərkibə uğurlar arzulayıb. İ.Babayev İctimai Şuranın nazirliklə ictimaiyyət arasında daha səmərəli qarşılıqlı fəaliyyətin təşkili, gənclər və idman sahələrində dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə nazirlik yanında ictimai əsaslarla fəaliyyət göstərən məşvərətçi qurum olduğunu qeyd edib.

İctimai Şuranın hər bir üzvünün daha fəal olmasının vacibliyini vurğulayan nazir müavini qarşılıqlı fəaliyyət nəticəsində gənclər və idman sahələrində dövlət siyasətinin həyata keçirilməsində İctimai Şuranın faydalı rol oynayacağına ümidvar olduğunu bildirib.
Sonra İctimai Şuranın sədri və sədr müavini, katibinin seçilməsi üçün səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, İctimai Şuranın sədri vəzifəsinə Azər Əliyev (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası) seçilib. Azad Mənaflı (“İsmayıllı İntellektual Oyunlar Klubu" İctimai Birliyi) sədr müavini, İntiqam Cavanşir (Dünya Gənc Türk Yazarlar Birliyi) isə katib vəzifələrinə seçiliblər.


Xəbər 643 dəfə oxundu.