Hacı Əliyev: Tokio Olimpiadasındakı uğur hamımızın nailiyyətidir
Tokio Olimpiadasında medal qazandığım üçün çox sevinirəm. Qızıl medal qazanmağıma az qalmışdı, lakin əsas odur ki, ölkəmizə medalsız qayıtmadım.

Bu fikirləri “Tokio-2020” XXXII Yay Oyunlarında gümüş medala sahib olan Azərbaycan güləşçisi Hacı Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Üçqat dünya və üçqat Avropa çempionu onu dəstəkləyən hər bir şəxsə minnətdarlığını ifadə edərək bildirib: "Bu uğurlarımda çox insanın payı var. Onların hər birinə təşəkkür edirəm. Yaponiyalı Takuto Otoquroya qarşı final görüşündə hakim qərəzli yanaşma nümayiş etdirdi, mənə qarşı müəyyən qədər haqsızlıq oldu. Bu barədə yaxın vaxtlarda mediada ətraflı məlumat verəcəyəm. Tokio Olimpiadasındakı uğur münasibətilə xalqımızı təbrik edirəm. Bu, hamımızın uğurudur”.

Xəbər 316 dəfə oxundu.