"Grand Chess Tour": Şəhriyar Məmmədyarov ilk 3 turda mübarizə aparıb
ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri start götürüb.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin birinci günündə ilk 3 turda mübarizə aparıb. Şahmatçımız birinci turda ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib. İkinci turda rusiyalı Petr Svidlerə qalib gələn Ş.Məmmədyarov üçüncü oyunda vyetnamlı Quaqn Lyem Liyə uduzub.

Turnir 9 rapid və 18 blits turdan ibarət olacaq. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edəcək.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"nın qalibi olub.

Xəbər 290 dəfə oxundu.