Bu gün Avropa Liqasının IV təsnifat mərhələsinin püşkü atılacaq
Bu gün Avropa Liqasının IV təsnifat mərhələsinin püşkü atılacaq. Qitənin 62 klubu 31 cütü müəyyənləşdirəcək. İsveçrənin Nyon şəhərindəki püşkatma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Püşk “Neftçi”nin də təsnifat mərhələsindəki son rəqibinin adına aydınlıq gətirəcək. Reytinqinə əsasən mərhələnin 62 komandası arasında 59-cu olan “Neftçi” yalnız “Dila”, “Mura” və “Zeta”dan güclüdür. Bakılılar səpələnmiş 31 komandadan biri ilə oynayacaq.

Səpələnmişlər: “İnter” (İtaliya), “Liverpul” (İngiltərə), “Marsel” (Fransa), “Tvente” (Hollandiya), “Sportinq” (Portuqaliya), MOİK (Rusiya), PSV (Hollandiya), “Bordo” (Fransa), “Ştutqart” (Almaniya), “Metallist” (Xarkov), “Alkmaar” (Hollandiya), “Brügge (Belçika), “Hapoel” (Təl-Əviv, İsrail), “Latsio” (İtaliya), “Atletik” (İspaniya), APOEL (Kipr), “Hannover” (Almaniya), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Sparta” (Çexiya),“Rusenborq” (Norveç), “Herenven” (Hollandiya), “Yanq Boyz” (İsveçrə), “Trabzonspor” (Türkiyə), “Nyukasl” (İngiltərə), “Levante” (İspaniya), “Dnepr” (Ukrayna), “Genk” (Belçika), “Viktoriya” (Çexiya), ”Partizan” (Serbiya), “Vaslui” (Rumıniya)

Səpələnməmişlər: “Bursaspor” (Türkiyə), “Dinamo” (Rumıniya), “Feyenoord” (Hollandiya), “Maritimo” (Portuqaliya), “Rapid” (Avstriya), “Legiya” (Polşa), “Dinamo” (Moskva, Rusiya), “Srvena, Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Anji” (Rusiya), “Debretsen” (Macarıstan), “Atromitos” (Yunanıstan), “Harts” (Şotlandiya), “Motervell” (Şotlandiya), “Midtülland” (Danimarka), “Lokeren” (Belçika), “Lütsern” (İsveçrə), AİK (İsveç), “Slovan” (Çexiya), “Orsens” (Danimarka), “Şlask” (Polşa), HİK (Finlandiya), “Tromse” (Norveç), “Ekranas” (Litva), “Molde” (Norveç), “Videaton” (Macarıstan), “Düdelanj” (Lüksemburq), “Neftçi” (Azərbaycan), “Dila” (Gürcüstan), “Mura” (Sloveniya), “Zeta” (Çernoqoriya)

UEFA “Neftçi”nin Avroliqanın son təsnifat mərhələsində potensial rəqiblərini konkretləşdirib. Belə ki, I səbətdə yer alan komandamız turnirdə ən yüksək reytinqə malik, 2 il öncə Çempionlar Liqasının qalibi olan İtaliyanın “İnter” klubu ilə düşə bilər.

Onunla yanaşı, İngiltərə Premyer Liqasının təmsilçisi “Nyukasl”, Hollandiyanın “Alkmaar”, Serbiyanın “Partizan” və Kiprin APOEL klubu potensial rəqiblərimizdir. Bunlardan sonuncular “Neftçi”nin avrokuboklarda ilk rəqibi olub.

Bu, hələ 1995-ci ildə artıq tarixin yaddaşına köçən Kuboklar Kubokunda reallaşıb. “Partizan” isə 2008-ci ildə “İnter”i Çempionlar Liqasında mübarizədən kənarlaşdırıb.

Xəbər 1012 dəfə oxundu.