Ayşən Abduləzimova: Avropa çempionatına hazırlığımız davam edir
Avropa çempionatına hazırlığımız davam edir. Macarıstan və Yunanıstandan sonra təlim-məşq toplanışını Bosniya və Herseqovinada davam etdiririk.

Bu fikirləri qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova müsahibəsində deyib.

Daha əvvəl təşkil olunan hazırlıq prosesində bir neçə yoxlama oyununda güclərini sınadıqlarını deyən voleybolçu bildirib: “Bosniya və Herseqovinada iki sınaq görüşü keçirəcəyik. Komandamız hazırlığı tam heyətlə davam etdirir. Avropa çempionatında ilk məqsədimiz qrupdan çıxmaqdır”.

Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək təşkil olunacaq Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

AZƏRTAC

Xəbər 371 dəfə oxundu.