Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb
Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, H.Qafarlı futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Avqustun 20-dən 25-dək davam edəcək oyunlar Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq.

Bu qrupda “Tirana”, “Haladas” (Macarıstan), “Differdanj” (Lüksemburq) və “Utleira” (Norveç) komandaları mübarizə aparacaq.

Xəbər 384 dəfə oxundu.