“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib
Yeni mövsümə hazırlığını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisi son olaraq “Zaqatala”da çıxış edən Elçin Əlicanovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İyirmi iki yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.

“Kəpəz” daha əvvəl İbrahim Qədirzadə, Cavid İmamverdiyev, Bəhruz Teymurov, İlkin Həsənli, Müşfiq Nadirov, Nicat Süleymanov, Vüqar Həsənov və Tural Rzayevi heyətinə qatıb.

Xəbər 332 dəfə oxundu.