Avropa çempionatı: Şahmatçılarımızdan 3-ü maksimum xalla liderlər qrupunda yer alıb
Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının ikinci turunun oyunları keçirilib.

Şahmatçılarımızdan Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Nəsrin Babayeva, Ayan Allahverdiyeva ikinci turda qələbə qazanıblar.

Digər təmsilçilərimiz Ülviyyə Fətəliyeva, Gövhər Beydullayevanın qarşılaşmaları heç-heçə ilə başa çatıb, Zeynəb Məmmədyarova məğlub olub.

Qeyd edək ki, şahmatçılarımızdan G.Məmmədzadə, G.Məmmədova, X.Balacayeva maksimum xalla liderlər qrupunda yer alıblar.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.

Xəbər 324 dəfə oxundu.