“Neftçi” ilə oyundan əvvəl HİK baş məşqçisi ilə yeni müqavilə imzalayıb
Bakının “Neftçi” klubunun Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi Finlandiyanın HIK klubu baş məşqçisi Toni Koskela ilə müqavilənin müddətini artırıb.

Bu barədə Helsinki təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Otuz səkkiz yaşlı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Toni Koskela 2019-cu ilin mayından bu komandanı çalışdırır.

Xatırladaq ki, avqustun 12-də keçiriləcək HIK-“Neftçi” oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bakıda baş tutan ilk qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Xəbər 324 dəfə oxundu.