“Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib
“Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi braziliyalı hücumçu Aleks Teyşeyranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Artıq Türkiyədə olan 31 yaşlı futbolçu yeni klubu ilə üçillik müqavilə bağlayıb.

Qeyd edək ki, “Vasko da Qama”, “Şaxtyor” (Donetsk) kimi klublarda çıxış edən Teyşeyra son olaraq Çinin “Tszyansu” komandasında oynayıb. O, son mövsümdə 20 oyuna 10 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xəbər 336 dəfə oxundu.