Azərbaycan Yay Olimpiya Oyunları tarixində ümumi medal sıralamasında 63-cüdür
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarından sonra olimpiadalar tarixində qazanılan medalların ümumi sayına görə ölkələrin siyahısı açıqlanıb.

Siyahıda 1896-cı ildən keçirilən Yay Olimpiya Oyunlarında medal qazanan komandalar yer alıblar.

Cədvəldə komandalar turnirdə iştirak etdiyi vaxtda adlandırıldığı kimi göstərilib. Yəni, heç bir komanda fərqli adlanan yığmanın varisi hesab olunmayıb.

İlk dəfə 1996-cı ildə keçirilən “Atlanta-1996”da iştirak edən və həmin vaxtdan 7 Olimpiadaya qatılan Azərbaycan qazanılan medalların sayına görə siyahıda 63-cü yerdədir. İdmançılarımız ümumilikdə 49 medal - 7 qızıl, 14 gümüş və 28 bürünc qazanıblar.

İndiyədək 154 komanda aktivinə medal yazdırıb. ABŞ 2636 medalla birinci pillədə qərarlaşıb. SSRİ 1010 medalla ikinci, Böyük Britaniya isə 916 medalla üçüncüdür.

Xəbər 368 dəfə oxundu.