Çempionlar Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib
Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.

Ölkə çempionu 12 futzalçının xidmətindən istifadə edəcək ki, onlardan ikisi qapıçıdır.

Heyətdə qapıçılar - Rövşən Hüseynli, Emin Kürdov, oyunçular - Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, İsaq Surğalı, Amir Şojaei, Hadi Ahmadi, Ramiz Çovdarov, Murilo Borges, Conatas Felipe və Emanuel Rodrigues yer alıblar.

“Araz–Naxçıvan” avqustun 21-də “Europa” (Cəbəllütariq), ertəsi gün “Kampuksen Dinamo” (Finlandiya), ayın 24-də isə “Raba” (Latviya) ilə qarşılaşacaq.

Xəbər 341 dəfə oxundu.