Azərbaycan millisi Bakıda təlim-məşq toplanışı keçirəcək
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 10-dan 16-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesinə Vaqif Məlik-Yeqanov (“Qarabağ”), Sadiq Məmmədzadə

(“Səbail”), Məmməd Muradov, Ravil Qafarov, Samir Ağayev, Murad Musayev (hamısı “Qəbələ”), Musa Məmmədov, Rauf Hüseynli (hər ikisi “Qarabağ”), Rüfət Abbasov (“Neftçi”), Arzu Atakişiyev (“Kəpəz”), Rüfət Bədəlzadə (“Qəbələ”), Ömər Qurbanov (“Neftçi”), Şahin Şahniyarov (“Qəbələ”), Murad Ələkbərov (“Zirə”), Maksud Dursunov (“Dinamo Sankt-Peterburq”, Rusiya), Eşqin Əhmədov (“Qəbələ”), Adəm Topalov (“Səbail”), Murad Məmmədov (“Neftçi”), İbrahim Ağayarov, Emin Hüseynzadə (hər ikisi “Qarabağ”), Nahid Əliyev “Moskovskaya Zastava”, Rusiya), Sənan Ağalarov (“Qəbələ”) və Sadiq Şəfiyev (“Kəpəz”) dəvət olunub.

Xəbər 353 dəfə oxundu.