Yeniyetmə şahmatçımız dünya kuboku yarışlarında liderlər qrupunda mübarizəni davam etdirir
Yeniyetmə şahmatçılar arasında dünya kuboku yarışları davam edir.

10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.

On iki yaşlıların yarışında təmsilçimiz Azadəli Cahangirov 6 turdan sonra maksimum xalla liderliyini davam etdirir.

Artıq 10 yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışları yekunlaşıb. On turdan sonra 10 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Xaqan Əhməd 9 xalla birinci yeri tutub.

On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə təmsilçilərimizdən Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır.

Avqustun 26-dan 31-dək dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.

Xəbər 341 dəfə oxundu.