“Qalatasaray”da Felipe Melo böhranı başa çatıb
“Qalatasaray”da Felipe Melo böhranı başa çatıb. “Cim-Bom” braziliyalı futbolçunun keçidini rəsmiləşdirib.
“Yuventus”la anlaşa bilməyən “Qalatasaray” bu səbəbdən Melonun transfer hüququnu almayıb və onu mövsümün sonunadək icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Melo gələcəkdə satın alma şərti ilə icarəyə götürülüb. Belə ki, Türkiyə klubu 2013-cü ilin 30 aprelinə qədər “Yuventus”a 6,5 milyon avro ödəsə, futbolçunun transfer hüququna yiyələnəcək.
“Qalatasaray” “Pitbul” ləqəbli futbolçunun maaşını da açıqlayıb. O, bir mövsüm ərzində 2,9 milyon arvo maaş və 25 min avro matçbaşı alacaq. “Yuventus”a isə icarə haqqı olaraq 1,75 milyon avro ödənəcək.

Xəbər 875 dəfə oxundu.