Futbol oyunlarına təyinat alan hakim-inspektorlar üçün seminar-məşğələ keçirilib
AFFA-nın inzibati binasında Premyer Liqa və I Divizion oyunlarına təyinat alan AFFA nümayəndələri və hakim-inspektorlar üçün seminar-məşğələ keçirilib.

İki gün əhatə edən seminarda qaydalardakı dəyişikliklər, təlimatlardakı əlavələr barədə məlumat verilib.

Videoçarxların nümayiş olunduğu seminarda AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuçlik sualları cavablandırıb.

Xəbər 339 dəfə oxundu.