"Sabah" klubu “Barselona”nın yetirməsi ilə müqavilə imzalayıb
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla üçillik müqavilə bağlayıb.

İyirmi səkkiz yaşlı oyunçu “Sabah”da 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos karyerası ərzində İngiltərənin “Tottenhem”, “Çarlton", Portuqaliyanın “Aroka”, Belçikanın “Sent-Trüden”, Qətərin “Al-Vakra” və “Qətər” klublarında çıxış edib.

Xəbər 321 dəfə oxundu.