Lionel Messi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib
Argentinalı futbolçu Lionel Messinin İspaniyanın “Barselona” komandasından ayrılması ilə bağlı “Nou Kamp” stadionunda mətbuat konfransı keçirilib.

34 yaşlı hücumçu çıxış edərkən göz yaşlarını saxlaya bilməyib.

“Barselona”dan ayrılmağın onun üçün çətin olduğunu vurğulayan məşhur futbolçu PSJ futbol klubuna transfer olunub-olunmayacağı ilə bağlı sualı da cavablandırıb: “Futbol həyatıma “Barselona”da davam etməyim əngəlləndi. Nə deyəcəyimi bilmirəm. Bu kulubdan ayrılmaq həyatımı tamam dəyişdirəcək. Heç bir klubla razılaşmamışam. Amma PSJ də ehtimallar arasındadır. Ayrılıq xəbərindən sonra bir çox yerdən telefon zəngi gəldi, amma hələlik anlaşdığım klub yoxdur”.

Qeyd edək ki, Lionel Messi 21 ildir “Barselona”nın heyətində çıxış edirdi.

Xəbər 358 dəfə oxundu.