“Neftçi”nin Premyer Liqada II turdakı oyunu da təxirə salınıb
“Neftçi”nin Premyer Liqada II turdakı oyunu da təxirə salınıb. Bakılıların sabah saat 20:00-da “Qarabağ”la “Dalğa Arena”da keçirilməli olduğu səfər matçı başqa vaxt baş tutacaq. Peşəkar Futbol Liqası Çempionlar Liqasında çıxışını başa vurduqdan sonra Avroliqaya yollanan “Neftçi”nin ilk turda “Bakı” ilə ev oyununu təxirə salmışdı. Bununla da çempionun növbəti mövsümdə debütü III turda avqustun 19-da “Qəbələ” ilə ev oyunu ilə reallaşacaq.

Qeyd edək ki, təqvimə əsasən bu gün keçirilməli olan matç 1 gün sonraya keçirilmişdi.

Xəbər 929 dəfə oxundu.