Yaponiyanın Baş naziri və Tokionun qubernatoru Olimpiya ordeninə layiq görülüblər
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Yaponiyanın Baş naziri Yoşihide Suqanı və Tokionun qubernatoru Koike Yurikonu Olimpiya hərəkatına verdiyi töhfələrə görə Qızıl Olimpiya ordeninə layiq görüb.

Bu barədə BOK-un prezidenti Tomas Bax təşkilatın avqustun 8-də Tokioda keçirilən sessiyasında bəyan edib. T.Bax qeyd edib ki, BOK-un İcraiyyə Komitəsi ağır koronavirus pandemiyası şəraitində XXXII Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkilinə görə Yaponiyanın Baş naziri Yoşihide Suqanın və Tokionun qubernatoru Koike Yorikonun Qızıl Olimpiya ordeni ilə təltif olunmaları barədə qərar qəbul edib.

Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları avqustun 8-də başa çatır.

Xəbər 322 dəfə oxundu.