Mariya Stadnik: “Medal qazandığım üçün xöşbəxtəm”
Dördüncü dəfə Olimpiya medalını qazanmaqla Azərbaycan idmanının tarixinə rekordçu kimi düşən Mariya Stadnik qazandığı “bürünc”dən narazı olmadığını bildirib:

“Əlbəttə, mən çox xoşbəxtəm. Finala çıxa bilmədiyim üçün çox məyus idim. Amma indi başa düşürəm ki, Olimpiya medalı mənim üçün böyük uğurdu. Çox idmançı mənim yerimdə olmaq istəyərdi. Allaha idmandakı uğurlarıma görə təşəkkür edirəm. Üçüncü yeri tutduğum üçün belə xoşbəxtəm”.

Xəbər 342 dəfə oxundu.