Futbol üzrə Braziliya millisi Olimpiya çempionu adını qazanıb | |
Avqustun 7-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının final görüşü keçirilib. Olimpiadanın finalında Braziliya və İspaniya komandaları üz-üzə gəliblər. Görüşdə 2:1 hesabı ilə qalib gələn Braziliya yığması ardıcıl iki dəfə Olimpiya çempionu olub. Üçüncü yer uğrunda ötən gün oynanılan görüşdə Meksika ev sahibi Yaponiyanı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Qadınların yarışında isə Kanada seçməsi çempion adını qazanıb. Gümüş medallara İsveç, bürünc medallara isə ABŞ seçməsi sahib olub. Xatırladaq ki, “Rio-2016”da kişilərin futbol yarışında Braziliya, qadınların mübarizəsində Almaniya yığmaları çempion adını qazanıblar. |
|
Xəbər 359 dəfə oxundu. |
|
|