“Neftçi” klubu Fransadan qapıçı gətirmək istəyir
UEFA Avropa Liqasında mübarizə aparan Bakının “Neftçi” klubu qapıçı axtarışlarını davam etdirir.

Bakı təmsilçisi yaxın günlərdə Fransanın “Klermon” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının qapıçısı Eldar Tağızadəni heyətinə qata bilər.

Azərbaycan çempionunun 18 yaşlı qapıçını icarəyə götürəcəyi ehtimal olunur.

Qeyd edək ki, E.Tağızadə “Neftçi”nin yetirməsidir. 2019-cu ildə İspaniyanın “Market” klubuna keçən gənc qapıçı bu ilin əvvəlində “Klermon”la 2024-cü ilədək müqavilə imzalayıb.

Xəbər 376 dəfə oxundu.